Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:36

İsrail səfirliyinin əməkdaşlıarı Qahirədən çıxarılıb


İsrailin Misirdəki səfiri İshak Levanon və səfirliyin digər əməkdaşları ailə üzvlərilə birlikdə Qahirəni tərk ediblər.

Cümə günü nümayişçilərin İsrail səfirliyinə hücumu zamanı 46 polis də daxil olmaqla 450-ə yaxın adam xəsarət alıb.

Misir polisi gücləndirilmiş iş rejiminə keçib.

Misirin baş naziri Essam Sharaf təcili iclas çağırıb.

ABŞ prezidenti Barack Obama Misir hakimiyyətini beynəlxalq öhtəliklərinə hörmətlə yanaşmağa, İsrail səfirliyinin təhlükəsizliyini təmin etməyə çağırıb.

Misir hökumətiylə danışıqlar aparmaq üçün Qahirədə səfirliyin 1 əməkdaşı qalıb.

Ötən ay İsrail hərbçilərinin sərhəd bölgəsində Misir təhlükəsizlik xidmətinin 5 əməkdaşını öldürməsindən sonra iki ölkə arasındakı münasibətlər gərginləşib.

Günün bütün mövzuları

XS
SM
MD
LG