Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:44

Türkiyənin erməni, yunan və yəhudi icması ilə bağlı həlledici qərar...


Turkiyədə erməni kilsəsi
Turkiyədə erməni kilsəsi
Dorian Jones


Türkiyə ermənisi Melkon Karakose bu günlərdə xoş xəbər alıb.

25 ildir açdığı məhkəmə davası tezliklə onun xeyrinə həll edilə bilər.

O, Türkiyə dövlətinin müsadirə etdiyi əmlakı geri almaq üçün uzun illərdir müxtəlif erməni fondlarının dəstəyi ilə məhkəmə iddiaları qaldırır, vaxtilə erməni kilsəsinə aid olmuş xəstəxananın ərazisini geri almaq istəyir.

İndi həmin ərazidə futbol meydançası və bələdiyyəyə məxsus bir neçə tikili var.

Karakose deyir ki, Türkiyədə dövlət onlara münasibətini dəyişir.

O, 9 ildir ki hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasınının milli və dini azlıqlara münasibətini qeyd edir.

Problemin kökündə nə dayanır?

Söhbət 1936-cı ildə Türkiyə Respublikasının milli, dini azlıqlara münasibətini sərtləşdirməsindən sonra həyata keçirdiyi əmlak müsadirələrindən gedir.

Həmin əmlaklar arasında hətta kilsələr, qəbiristanlıqlar, məktəblər də olub.

Keçən ay Türkiyənin baş naziri Ərdoğan milli və dini azlıqların nümayəndələri ilə

görüşündə əmlak mübahisəsi ilə bağlı məslənin həll ediləcəyini söz vermişdi.

Ərdoğan deyir ki, problemi kiminsə könlünü almaq üçün həll etmirlər, sadəcə, ədalətsizliyi aradan qaldırırlar.

Istanbulun Neve Şalom sinaqoqunda Azadlıq Radiosunun müxbirinə danışan yəhudi icmasının fəalı İshak Alaton deyir ki, onların dədə-balaları yüzilliklərdi Türkiyədə yaşayır.

Hələ orta əsrlər Avropasında inkvizisiya yəhudiyələrə qarşı repressiyalar aparanda Türkiyəyə pənah gətirən yəhudilərə Osmanlı hökmdarı sığınacaq vermişdi. Türkiyə Respublikası zamanı isə yəhudi icmasının da bir sıra əmlakı müsadirə edilib.

Amma İshak Alaton deyir ki, baş nazirin verdiyi sözün həyata keçməsi asan olmayacaq.

“Söhbət qiyməti çox baha olan əmlaklardan gedir. Hər bir məsələ ayrıca olaraq məhkəməyə daşınacaq.

Bu, uzun bir mübarizə olacaq. Biz ümid edirik ki, əgər sonda qərar çıxarılsa ki, əmlakı qaytarmaq mümkün deyil, onda onların əsl sahiblərinə lazımi məbləğdə
Rəcəb Tayib Ərdoğan

kompensasiya veriləcək”.

Əmlaklarının qaytarılmasına Türkiyənin yunan icması da ümid edir

Türkiyəli siyasi ekspert Cengiz Aktar isə deyir ki, əmlakları geri qaytarmaq uzun mübarizə tələb etsə də, baş nazirin verdiyi söz Türkiyədə siyasi mühitin dəyişdiyini göstərir.

“Bu, irəliyə doğru atılmış çox mühüm və böyük bir addımdır.

Bu, hökumətin 1936-cı ildən bəri mövcud olan problemi həll etməyə iradəsinin olduğunu göstərir.

Qeyri-müsəlman icmalarının başqa problemləri də var. Amma əmlak problemi həll olunarsa, bunun ardınca başqa addımlar da gələ və qeyri-müsəlman icması özünü doğrudan da öz evində, öz vətənində hiss edər”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG