Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 05:25

Yeni kitab - «Cinayətimiz məğlubiyyətimizdir - Gəncə qiyamı»


«Müxalifət» qəzetinin baş redaktoru Rövşən Kəbirlinin 1993-cü il Gəncə hadisələri ilə bağlı yeni kitabı nəşr edilib.

«Cinayətimiz məğlubiyyətimizdir - Gəncə qiyamı» adlı bu kitabda 17 il əvvəl keçirilən məhkəmədə üzə çıxan, amma o dövr senzurası üzündən müəllifin şəxsi arxivində qalan fakt və sənədlər əksini tapıb.

Müəllif deyir ki, maliyyə problemi ucbatından kitab məhdud sayda nəşr edilib. Amma buna baxmayaraq, o vaxt Gəncədə qətlə yetirilən Milli Qvardiya və MTN-nin Xüsusi Təyinatlı Dəstəsinin hərbçilərinin valideynlərinə kitab pulsuz veriləcək.

Bu, Rövşən Kəbirlinin ikinci kitabıdır.
XS
SM
MD
LG