Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:11

İran Suriya prezidentini müxalifətlə dialoqa çağırır


Rusiya prezidentinin Yaxın Şərq üzrə elçisi Mixail Marqelovun cümə günü Suriya müxalifətinin nümayəndələri və prezident Bashar Assadın elçisi Buthaina Shaabanla görüşü gözlənilir.

Bu barədə Marqelovun özü məlumat verib.

O cümə axşamı Moskvada jurnalistlərə açıqlamasında bildirib ki, Moskva hər iki tərəfi inandırmağa çalışır ki, münaqişənin dialoq yoluyla həlli yolu hələ ki, tükənməyib.

Həmçinin İran prezidenti Mahmud Əhmədinejad bu arada yerli televiziyayla çanlı yayımda çıxışında bildirib ki, prezident Bshar Assad nümayişçilərə qarşı zor işlətməkdən əl çəkməli və müxalifətlə dialoqa getməlidir.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu müddət ərzində 2 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG