Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:18

Hicab aksiyasına görə tutulanların məhkəməsi davam edib


10 Dekabr 2010. Təhsil Nazirliyi qarşısında «Hicaba dəstək» aksiyası
10 Dekabr 2010. Təhsil Nazirliyi qarşısında «Hicaba dəstək» aksiyası
Avqustun 8-də Nərimanov rayon Məhkəməsində bu il mayın 6-da Təhsil Nazirliyi qarşısında «hicaba azadlıq» şüarı altında aksiya keçirənlərin məhkəməsi davam edib. Məhkəmə qarşısına Araz İsmayılov, Rövşən Məmmədov, Əlvan Hüseynov, Rüfət NuriyevNurani Məmmədov çıxarılıb.

Ötən məhkəmə iclasında Nurani Məmmədovun vəkili Anar Qasımlı vəsatət qaldırmışdı ki, zərərçəkmiş kimi tanınan 35 polis işçisinə konkret kim tərəfindən hansı zərərin vurulduğu müəyyənləşdirilsin. Budəfəki prosesdə prokuror Elfaq Səfərov bildirib ki, araşdırma zamanı 35 zərərçəkmişdən yalnız 5 nəfərinin bu məhkəmə prosesinə aidiyyəti olduğu üzə çıxıb. Digər 30 polisə zərər vuranlar isə müttəhimlər kürsüsündə əyləşənlər deyil.

Anar Qasımlı vəsatət qaldırıb ki, 30 polis işçisinin adı zərərçəkmişlər siyahısından çıxarılsın.

Hakim deyib ki, zərərçəkmiş siyahısındakıların hamısı dindiriləcək və 30 polis işçisinin adının zərərçəkmişlər siyahısından çıxarılması məsələsinə məhkəmənin sonunda qiymət veriləcək.

Sonra vəkillər işdə olan mülki iddiayla bağlı əlavə məlumatlar verilməsini istəyiblər. Onlar mülki iddiaçıların kimliyi ilə maraqlanıblar. Hakim iş materiallarına baxandan sonra elan edib ki, işdə 3 min manatdan artıq mülki iddia olduğu göstərilsə də, nəyə görə mülki iddia qaldırıldığı və konkret iddiaçılar yoxdur.

Aksiya zamanı saxlanılanlardan biri
Sonra növbə ifadələrə çatıb. Əvvəlcə təqsirləndirilən şəxslərin ifadələri dinlənilib. Onlar özlərini qismən – yalnız polisə daş atmaqda təqsirli biliblər. Ancaq deyiblər ki, buna onları polis özü məcbur edib. Məsələn, Nurani Məmmədov ifadəsində göstərib ki: «biz Təhsil Nazirliyinin qarşısına əlimizdə daş getməmişdik. Polislər bizi mühasirəyə aldılar və döyə-döyə hamımızı «tupik»ə sıxışdırdılar. Biz də özümüzü müdafiə etmək üçün yerdən daş götürüb atmağa məcbur olduq».

Təqsirləndirilən Əlvan Hüseynovsa ifadəsində deyib ki, Nazirlik qarşısına yığışmaqla «hicaba yox» deyənlərə etirazlarını bildirmək olub: «Bizim dövlətlə işimiz yoxdur, biz qadınlarımızın başından hicabın zorla açılmasına etiraz etmişik, bu bir qeyrət məsələsidir».

Bu il mayın 6-da Təhsil Nazirliyinin qarşısında 15 nəfər saxlanılıb. Onların «Hicaba azadlıq» şüarı ilə aksiya keçirməyə cəhd etdikləri bildirilib. Barələrində xuliqanlıq və ictimai qaydanın pozulmasında fəal iştirak etmə maddələri ilə cinayət işi qaldırılıb. Hazırda 5 nəfərin məhkəməsi keçirilir. Verilən ittihamlarla onlar 3 ildən 7 ilədək azadlıqdan məhrum edilə bilərlər.

10 nəfərinsə işi üzrə ibtidai istintaq hələ bitməyib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG