Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:52

Azərbaycan əsgəri özünü öldürüb


APA-nın məlumatına görə, hadisə Şəmkir rayonundakı “N” saylı hərbi hissəsədə baş verib.

1993-cü il təvəllüdlü əsgər Bəxtiyar İbrahimov xidməti silahı ilə atəş açaraq özünü öldürüb.

Hadisənin səbəbi hələlik bəlli deyil.

O Şəki Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağrılmışdı.

Şəki Rayon Hərbi Komissarlığı faktı təsdiqləyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə APA-ya bildirilib ki, hadisə əsgərin silahla ehtiyatsız davranması ucbatından baş verib.

Günün bütün mövzuları

XS
SM
MD
LG