Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:09

Bakı və onun ətrafına verilən suyu təmizləyəcək qurğunun təməli qoyulub


Avqustun 8-də Abşeron rayonunda Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun təməli qoyulub.

Təməlqoyma prosesində prezident İlham Əliyev də iştirak edib.

Təmizləyici qurğu 12-15 ay müddətində inşa ediləcək. Emal olunacaq su Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verəcək.

Emal olunmuş su dəniz səviyyəsindən 190 metr hündürlükdə yerləşən anbara ötürüləcək və buradan Abşeronun bütün ərazilərinə paylanacaq.

Masazır, Binəqədi, Balaxanı, Ramana və Dübəndi qəsəbələrində yeni su anbarları kompleksinin inşası da planlaşdırılır. Bu anbarlardan istifadə etməklə Bakıətrafı qəsəbə və kəndlərin su təchizatını əsasən özüaxımlı rejimdə təmin etmək mümkün olacaq.
XS
SM
MD
LG