Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:58

İsrail Türkiyənin ittihamını rədd edir


İsrail Türkiyəyə pilotsuz aparatlar göndərilməsiylə bağlı 2005-ci ildə Ankarayla imzalanmış müqaviləni pozmadığını, Türkiyənin ittihamlarının əsassız olduğunu deyir.

Bu barədə İsrail müdafiə nazirliyinin yaydığı bəyanatda bildirilir.

İsrailin müdafiə naziri Ehud Barak iki ölkə arasındakı diplomatik böhranın yoluna qoyulacağına ümidlə yanaşdığını bildirib.

Həmçinin baş nazir Benjamin Netanyahu dünən eyni bəyanatla çıxış edib.

Ötən ilin mayında Qəzzəyə hümanitar yük aparan gəmi saxlanarkən 9 fələstinpərəst türkün ölümünə görə iki ölkə arasındakı münasibətlər gərginləşib.

Buna görə İsrailin rəsmi üzr istəməsini tələb edən Ankara ötən həftə İsrail səfirini ölkədən çıxarıb, onunla hərbi əməkdaşlığı dayandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG