Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 09:04

Rusiya prezidenti Medvedev qəza yerində olub


Rusiya prezidenti Dimitri Medvedev ölkədə aviasiya təhlükəsizliyi sahəsində vəziyyəti kəskin pisləyib və Yak-42 təyyarəsinin qəzaya uğramasıyla bağlı hərtərəfli istintaq aparılmasını tələb edib.

Medvedev bu gün qəza yerində olub, hadisənin bütün ölkə üçün böyük faciə olduğunu bildirib.

O həmçinin bidirib ki, ölkədəki hava şirkətlərinin sayını xeyli ixtisar etmək lazımdır.

Yak-42 təyyarəsinin Yaroslavl ətrafında qəzaya uğraması nəticəsində yerli “Lokomotiv” hokkey klubunun 45 üzvündən 43-ü həlak olub.

Qalan 2 nəfərin vəziyyəti isə ağırdır.

Təyyarə “Tunoşna” hava limanından qalxarkən qəzaya düşüb.

Yaroslavlda 3 gün matəm elan edilib.

Ölənlərin arasında Çexiya millisinin 4 oyunçusu da daxil olmaqla 8 ölkənin idmançısı var.

Günün bütün mövzuları

XS
SM
MD
LG