Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 13:14

Almaniyadan Gəncəyə daha 317 baş damazlıq mal-qara gətirilib


Bu barədə «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətin (ASC) şöbə müdiri Kamil Şamilov məlumat verib.

«Aqrolizinq» ASC-nin xətti ilə Almaniyadan gətirilən südlük mal-qara «Aqrolizinq» ASC-nin Gəncə Regional Təchizat bazasına yerləşdirilib.

Kamil Şamilov deyir ki, yeni gətirilən damazlıq heyvanlar gün ərzində 35 litr süd verirlər.

Damazlıq mal qaranın alınmasında vəsaitin yarısı dövlət hesabına ödənilir. Yerdə qalan hissəni təsərrüfat sahibləri 3 il müddətinə lizinq yolu ilə ödəyəcəklər.
XS
SM
MD
LG