Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:50

Katolik kollecdə müsəlman tələbəyə hicab qadağası


Məhkəmə bildirib ki, müsəlman xanım katolik kollecə gələndə başını bağlamağın problem yaradacığını ehtimal etməliydi


Hollandiyanın Volendam şəhərindəki “Don Bosco” katolik kolleci öz tələbələrinin başını örtməsini rəsmən qadağan edə bilər. Bu haqda yerli məhkəmə orqanlarının qərarları var.

“Expatica” nəşrinin yaydığı məlumata görə, bir müddət əvvəl katolik kollec özünün müsəlman tələbəsi İman Mahssana başına hicab bağlayıb dərslərə gəlməsini qadağan edib. Bu xanım da kollec rəhbərliyini məhkəməyə verib.

Hollandiyanın Hüquq Bərabərliyi üzrə Komissiyası bu qadağanın diskriminasiya kimi qiymətləndirmişdi. Lakin sonradan Harlem şəhər məhkəməsi müsəlman Mahssanın iddiasını rədd edib.

Son olaraq Amsterdam məhkəməsi də eyni qərar çıxarıb – katolik kollec öz tələbəsinə başını bağlamağı qadağan edə bilər.Məhkəmə bildirib ki, katolik müəssisələr dinə aid olan məsələlər barədə müstəqil qərar çıxara bilərlər.

Qərarda həmçinin vurğulanıb ki, müsəlman tələbə kollecə daxil olarkən bu müəssisənin katolik dinə mənsub olduğunu bilirdi və onun başını bağlamasının problem yarada biləcəyini ehtimal etməliydi.

İman Mahssan isə məhkəmədə bildirib ki, xristian dini də qadınlara ciddi geyinməyi, o cümlədən başını bağlamağı məsləhət görür.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG