Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:08

Qaddafi Nigerə qaçması barədə xəbərləri təkzib edib


Liviyanın sabiq lideri Muammar Qaddafi Liviyanı tərk edib cənub qonşusu Nigerə qaçması barədə məlumatları təkzib edib. O bu haqda Suriyanın Arrai Oruba telekanalına telefonla müsahibəsində bildirib.

Qaddafi deyib ki, qaçması barədə xəbərlər yalandır, psixoloji təbliğat vasitəsidir.

O çıxışında ölkəsini qəsb edən siçovullara və NATO-ya qalib gələcəyini vəd edib:
“Liviya xalqının bütün döyüşçülərinə üz tutub deyirəm ki, Liviya xalqı sizə məxsusdur. Bu torpaqlar sizə babalarınızdan miras qalıb. İndi yadellilər o torpaqları sizdən almaq istəyirlər. Onlar muzdlulardır. Onlar xəyanətkar tulalardır. Onlar Liviyada müəyyən müddətdə yaşayan xaricilərdir. Onlar babalarınızın torpaqlarını sizdən almaq istəyirlər. Ancaq bu mümkün deyil”.

Nigerin xarici işlər naziri BBC-yə bildirb ki, Nigerin Qaddafini qəbul edib-etməyəcəyi, Beynəlxalq Cinayət Məhkəməsinə verib-verməyəcəkləri haqda qərarı sonra verəcəklər.

Pentaqon da deyib ki, Qəddafinin Liviyanı tərk etməsinə dəlalət edən heç bir məlumat yoxdur.

Liviya Milli Keçid Şurası isə Qaddafini qəbul etməməsi üçün Nigerə nümayəndəsini göndərib.

Günün bütün mövzuları

XS
SM
MD
LG