Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:50
Azərbaycan Yazıçılar Birliyinə (AYB) yeni üzvlərin qəbulu dayandırılıb.

Bunu «APA»ya AYB-nin mətbuat katibi Ədalət Əsgəroğlu deyib.

Birliyə yeni üzvlər ancaq ekspertlərin rəyindən sonra qəbul olunur:

«Bu il Birliyə cəmi 15-dək üzv qəbul olunub. Onlar da əvvəlki illərdən sənəd verən 400-500 nəfərin içindən seçilib.

Yeni üzvlərin qəbul edilməməsinin başqa səbəbi isə qurultay öncəsi olması və birlik üzvlərinin üzvlük vəsiqələrinin dəyişdirilməsidir».

Ə. Əsgəroğlu deyib ki, birliyin üzvlük vəsiqələri standartlara cavab vermədiyindən dəyişdirilir:

«Elə üzvlük vəsiqəsi istəyirik ki, üzvlərimiz müəyyən tədbirlərə gedəndə onu boyunlarından asa bilsinlər».

Hazırda AYB-nin 1650 üzvü var. Onlardan 350-si fəxri üzvdür.

Günün bütün mövzuları

XS
SM
MD
LG