Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:05

Məmurlar arasında ət davası, Gəncədə stadion problemi...


Mətbuat icmalı

Mətbuat icmalı

«Bizim yol» qəzeti yazır ki, «BAKI ƏKS-HÜCUMA KEÇMƏYİ QƏRARA ALDI». Qəzet sentyabrın 6-da Bakıda keçirilən və əsasən də Azərbaycan neftinin Rusiya ərazisi ilə nəqli məsələlərinə həsr olunmuş danışıqların nəticəsiz bitdiyini qeyd edir.

Qəzet yazır ki, Rusiya 1996-cı ilin 18 fevralında imzalanmış və Bakı-Novorossiysk kəməri ilə ildə 5 milyon ton Azərbaycan neftinin nəqlini nəzərdə tutan sazişin şərtlərinə yenidən baxılmasını təklif edir:

«2010-cu ildə Azərbaycan Rusiya ərazisindən cəmi 2.2 milyon ton xammal nəql edə bilib. Rəsmi Bakı bunu onunla izah edir ki, Rusiya indiyə qədər Novorossiysk limanına yüksək keyfiyyətli Azərbaycan neftinin çatdırılmasını təşkil edə bilmir. Bu neft hələ də yolda yüksək kükürdlü Sibir nefti ilə qarışdırılır. Bunun nəticəsində «Azer Light» və «Urals» (Rusiya qarışığı) arasındakı fərqə görə Azərbaycan hər il təxminən 30 milyon dollar itirir».

«KORRUPSİYA İLƏ MÜBARİZƏ KAMPANİYA DEYİL, DAXİLİ SİYASƏTİN PRİORİTETLƏRİNDƏNDİR»

«Yeni Azərbaycan» qəzeti yazır ki, bu ilin yanvarında prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasındakı çıxışından sonra Azərbaycanda korrupsiyaya qarşı mübarizə özünün yeni və daha aktiv mərhələsinə daxil olub. Amma qəzet bu işə maneələrin olduğunu da qeyd edir.

«Təəssüf ki, Azərbaycanda həyata keçirilən antikorrupsiya siyasəti və onun müsbət nəticələri, həmin problemlərin aradan qaldırılmasında vətəndaş-dövlət həmrəyliyinin möhkəmlənməsi bəzi daxili qüvvələri ciddi narahat edir», - deyə
Foto: Arxiv
qəzet yazır.

«Azadlıq» qəzetindəki «MƏMURLAR ARASINDA ƏT DAVASI»dan yazır. Qəzet ətin bahalaşma səbəbi ilə dövlət qurumlarının bir-birinə zidd fikirlər səsləndirməsinə toxunur:

«Azərbaycanda mal və qoyun ətinin qiyməti son bir ayda xeyli bahalaşıb. Maraqlıdır ki, ətin qiymətinin bahalaşma səbəbi ayrı-ayrı dövlət qurumları tərəfindən fərqli səbəblərlə izah olunur. Kənd Təsərrüfatı nazirliyi və Dövlət Statistika Komitəsi ətin süni surətdə bahalaşdırıldığını bildirsələr də, İqtisadi İnkişaf Nazirliyi onların əksini deyir. İqtisadi İnkişaf Nazirliyi bəyan edib ki, ətin bahalaşması süni qiymət artımı ilə bağlı deyil».

«Futbol+» qəzeti «GƏNCƏDƏ STADİON PROBLEMİ»ndən yazır. Bu ildən ölkə futbolunda iki komanda ilə təmsil olunacaq Gəncədə stadion problemi yaranıb.
Qəzet həm «Kəpəz», həm də «Tərəqqi» üçün baza rolunu oynayan şəhərin arenasının həddən artıq yükləndiyini qeyd edir.

Qəzet yazır ki, ardıcıl məşq və oyunlardan sonra stadionun korlanan ot örtüyü və qəzalı vəziyyətdə olan bəzi tribunalar da tez-tez azarkeş qəbuluna hazır deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG