Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 02:26
Bu günlərdə «Wikileaks» saytının Azərbaycanla bağlı yaydığı yeni materiallarda ölkənin müxtəlif rəsmi dairələri ilə yanaşı, Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin də adı çəkilib.

Bununla əlaqədar APA agentliyi Ramiz Mehdiyevin mövqeyini öyrənib. Ramiz Mehdiyev bildirib ki, «Wikileaks» saytında Azərbaycanda ayrı-ayrı zamanlarda işləmiş səfirlərə istinadən yayılmış materialların heç bir obyektiv əsası yoxdur: «Bəri başdan qeyd edirəm ki, bunlar şəxsi mülahizələrdir və onların bu gün yayılmasını xüsusi təşkil edənlər var. Görünür, belə materialların yayılması, o cümlədən Azərbaycan haqqında yanlış fikirlərin formalaşdırılması kiməsə lazımdır. O ki qaldı mənim haqqımda yazılan məlumatlara, onlar sadəcə gülməlidir.

Həmçinin bax:
Materiallarda qeyd olunur ki, guya «Ramiz Mehdiyevin Rusiyanın «Lukoyl» neft şirkəti ilə sıx əlaqəsi var. Rusiyanın hakim elitasında və biznes dairələrində geniş imkanlara sahibdir. Onun nəzarətində bir neçə şirkət var ki, son illər ölkəni bürümüş tikinti işləri ilə məşğul olurlar».

Belə cəfəng, yalan, uydurma yazı ilə tanış olandan sonra bu materialların ABŞ kimi fövqəldövlətə gətirəcəyi dividentlərə məndə ciddi şübhə yarandı. Əgər doğrudan da dünyanın nəhəng dövləti bütün ölkələrlə siyasətini öz səfirlərindən aldığı subyektiv mülahizələr, yalan və uydurma məlumatlar əsasında quracaqsa, onda onun dünya xalqları arasındakı gələcək nüfuzunu təsəvvür etmək heç da çətin olmayacaq. Başqa cür düşünmək çox çətindir, çünki belə əcaib hallar son zamanlar tez-tez təkrarlanır».

Şərhləri göstər

XS
SM
MD
LG