Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:20

Məhkəmə Almaniyanın avrozona ölkələrinə yardımını qanuni saydı


Almaniyanın Konstitusiya məhkəməsi bir qrup iş adamının hökumətə qarşı iddiasını rədd etdi.

Almaniyanın tanınmış iş adamları hökuməti məhkəməyə vermişdilər ki, ölkə vətəndaşlarının vergi kimi verdiyi pulları Yunanıstan kimi ölkələrə yardım şəklində verməyə hökumətin ixtiyarı yoxdur.

Onlar iddia edirdilər ki, vergi pullarını xərcləməyə parlamentin nəzarət hüququ var, hökumətin bu hərəkəti həmin hüququ pozur.

Konstitusiya məhkəməsi iddiaları rədd etsə də qərar verib ki, Almaniya hökuməti xarici ölkəyə yardım edəndə bu yardım parlamentin büdcə komitəsində təsdiqlənməlidir.
XS
SM
MD
LG