Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 12:35
Politoloqlar Elxan ŞahinoğluFikrət Sadıqov iki ölkə arasında baş verənləri şərh edirlər.

Elxan Şahinoğlu:

«Bu məsələdə Azərbaycan müəyyən balanslı siyasət həyata keçirməlidir. Türkiyə strateji müttəfiqimizdirsə və Türkiyə İsraillə münasibətləri minimum səviyyəyə endiribsə, biz Türkiyənin mövqeyini anlamalı və hörmətlə yanaşmalıyıq. Biz Türkiyədən hər zaman tələb edirik ki, Ermənistan siyasətində Azərbaycanın maraqlarını nəzərə alsın. Amma müttəfiqlik qarşılıqlı olmalıdır. Yəni, Türkiyənin də qarşılıqlı istəklərini nəzərə almalıyıq. Bu istəklər də Azərbaycan-İsrail münasibətlərində özünü büruzə verməlidir. Amma bizim Türkiyənin İsraillə münasibətlərini nəzərə alıb, almadığımızı söyləmək çətindir. «Wikileaks» sənədlərində deyilir ki, İlham Əliyev Türkiyə-İsrail münasibətlərinin pisləşməsindən narahatdır. Türkiyəni qınayır ki, nədən Türkiyənin «islammeylli hökuməti» Fələstin problemində ərəblərin yanındadır? İrana bağlı «Həmas» qruplaşması ilə niyə belə sıx münasibətlər qurub? Amma mən düşünürəm ki, Azərbaycan Türkiyə ilə strateji müttəfiqliyinə sadiq qalaraq Türkiyənin İsrail siyasətini bir qədər nəzərə almaq
Fikrət Sadıqov
məcburiyyətindədir…».

Fikrət Sadıqov:

«Azərbaycan dünya birliyi tərəfindən qəbul olunmuş qərarları dəstəkləyir. BMT-nin Təhlükəsizlik Şurasının qərarı varsa, təbii ki, biz bunu müdafiə etməliyik. Bizim mövqeyimiz müəyyən mənada bu qətnamə ilə üst-üstə düşməlidir. Amma təbii ki, bizim Türkiyə ilə müttəfiqliyimiz var, qardaş ölkədir. Türkiyə bütün məsələlərdə bizi dəstəkləyir. Bütün məsələlərdə Türkiyə ilə Azərbaycanın mövqeyi üst-üstə düşür. İsrail də bizə yaxın ölkədir. İsraillə bizim strateji partnyorluq münasibətlərimiz var. Bizi daha çox narahat edən bu ölkələr arasında münasibətlərin pisləşməsidir. Biz çox mürəkkəb bir vəziyyətə düşürük. Amma düşünmürəm ki, bu dövlətlərdən hansısa bizdən konkret mövqe gözləyir, nəsə bizə irad tutur. Sadəcə, biz BMT-nin Təhlükəsizlik Şurasında qəbul olunan qətnaməni dəstəkləməliyik…».

Verilişi tam olaraq buradan dinləyin:
XS
SM
MD
LG