Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:13

Nazarbayevin kürəkəni deyib ki, onun prezidentlik iddiası yoxdur


Nazarbayevin kürəkəni, prezidentin yerini tutmağa ən real namizəd hesab olunan Timur Kulibayev deyib ki, onun prezidentlik ambisiyaları yoxdur.
Kulibayev Astanada mətbuat konfransında deyib ki, yaxın gələcəkdə siyasətə qatılmaq fikri yoxdur.
O bildirib ki, biznesdə özünü yaxşı hiss edir.

Kulibayev dövlət müəssisələrini, o cümlədən neft-qaz, nüvə enerjisi şirkətlərini birləşdirən dövlət fondunun rəhbəridir.
71 yaşlı Nazarbayev hakimiyyətdən gedib-getməyəcəyi haqda heç nə demir. Kulibayevin namizədliyi haqda fikirlər prezidentin yaxın müşavirlərindən gəlir.
XS
SM
MD
LG