Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:45

Hindistanda ölənlərin sayı 9-a çatıb


Hindistanın paytaxtı Dehlidə Ali Məhkəmənin binası önündə partlayış nəticəsində ölənlərin sayı 9-a çatıb. 45 nəfər yaralanıb. Partlayış binanın darvazası önündə baş verib, həmin an orada çoxsaylı insanlar olub.

Qərb agentliklərinin yaydığı məlumata görə, çantada gizlədildiyi ehtimal olunan partlayıcı qurğu işə salınıb.

Bu ilin may ayında da həmin yerdə - Ali Məhkəmənin binası önündə bombanın yerləşdirildiyi avtomobil partlamışdı. O zaman xəsarət alan olmamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG