Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:15

Hindistanda partlayış, 4 nəfər ölüb


Hindistanın paytaxtı Dehlidə Ali Məhkəmənin binası önündə partlayış olub. 4 nəfər ölüb, 30 nəfər yaralanıb. Partlayış binanın darvazası önündə baş verib, həmin an orada çoxsaylı insanlar olub.

Qərb agentliklərinin yaydığı məlumata görə, çantada gizlədildiyi ehtimal olunan partlayıcı qurğu işə salınıb.

Bu ilin may ayında da həmin yerdə - Ali Məhkəmənin binası önündə bombanın yerləşdirildiyi avtomobil partlamışdı. O zaman xəsarət alan olmamışdı.
XS
SM
MD
LG