Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:17

Ərəb Ölkələri Liqası rəhbərinin Suriyaya səfəri təxirə salınıb


Ərəb Ölkələri Liqasının baş katibi Nabil al-Arabinin Suriyaya bu günə nəzərdə tutulan səfəri təxirə salınıb.

Məlumata görə, Suriya hökuməti baş katibdən xahiş edib ki, onlardan asılı olmayan səbəblərə görə səfərini daha sonraya saxlasın.

Ərəb Ölkələri Liqası rəhbərinin niyyəti Dəməşqi hökumət əleyhinə çıxan kütləyə qarşı zorakılığa son qoymağa yenidən çağırmaqdır.

ABŞ-ın Suriyada səfiri Robert Ford ötən gün elan edib ki, baxmayaraq ki, qarşıdurmalarda təhlükəsizlik qüvvələrinin əməkdaşları da ölüb, amma qan tökülməsinə görə bütün məsuliyyət Suriya prezidenti Bashar Al-Assadin üzərindədir.

BMT-nin hesablamasına görə, martdan bu yana Suriyada 2200 adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG