Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:13
MAAŞLAR ARTACAQ?

«Yeni Müsavat» qəzeti: «Prezident İlham Əliyevin bu ilin aprelində imzaladığı sərəncama müvafiq olaraq dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair konsepsiya layihəsinin hazırlanması başa çatdırılıb. Bu barədə Nazirlər Kabinetinə istinadən məlumat yayılıb. Məlumata görə, təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair layihə yaxın günlərdə prezidentə təqdim ediləcək.

Nazirlər Kabinetindən onu da bildiriblər ki, sənəd təsdiqlənəndən sonra müəllimlərin və həkimlərin maaşları da artırılacaq. Hazırda Maliyyə Nazirliyi məvaciblərin artırılması ilə bağlı imkanları araşdırır.

Ölkə başçısı dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair layihənin hazırlanması barədə sərəncamı bu il aprelin 20-də imzalayıb. Sərəncamla Nazirlər Kabinetinə tapşırılıb ki, dövlət büdcəsindən maliyyələşdirilən təhsil və səhiyyə müəssisələrində işin dövlət qulluğunun xüsusi növünə aid edilməsinə dair Konsepsiya layihəsini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin».

MEHRİBAN ƏLİYEVAYA ABİDƏ

«Azərbaycan» qəzeti: «Kanadada Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın «İlahi Muza - Azərbaycan muğamının hamisi» adlı abidəsi qoyulub.
Mehriban Əliyeva
Abidə elit mənzərəli Niaqara-on-te-Leyk şəhərinin (Kanadanın birinci paytaxtı) təmtəraqlı malikanələrindən birini bəzəyir. Bu şəhərdə Azərbaycan Mədəniyyəti və İncəsənəti Günləri keçirilib, Beynəlxalq Azərbaycan Muğamı Studiyasının təntənəli təqdimatı olub. Akademik, Niaqaranın xoşməramlı səfiri, heykəltəraş Ömər Eldarovun heykəltəraşlıq portretlərindən ibarət fərdi bədii sərgisi təşkil edilib.

Kanada parlamentinin deputatı Monte Kvinter Mehriban xanım Əliyevanın Ömər Eldarov tərəfindən hazırlanmış «İlahi Muza - Azərbaycan muğamının hamisi» adlı heykəltəraşlıq portretini «zəmanəmizin təsviri sənət şedevri» adlandırıb.

Kanadalı təsviri sənət biliciləri bu sərgidə Azərbaycan musiqi sənətinin böyük dühaları Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Cövdət Hacıyev, Tofiq Quliyev, Niyazi, Əminə Dilbazi, Müslüm Maqomayev və başqalarının heykəltəraşlıq obrazları ilə daha yaxından tanış olmaq imkanı əldə ediblər. Görkəmli heykəltəraş Ömər Eldarov bu əsərləri qranit, mərmər və tuncdan böyük ustalıqla və bədii təsir qüvvəsi ilə yaradıb. Kanadanın tələbkar ekspertləri Ömər Eldarovu «Şərqin Mikelancelosu» adlandırıblar. Heykəltəraşlıq portretləri sərgisində bütün türk dünyasının iki lideri - Heydər Əliyev və Atatürkün möhtəşəm portretləri xüsusi yer tuturdu.

ƏTİN QİYMƏTİ NİYƏ QALXIR

«Azadlıq» qəzeti: «Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmovun fikrincə, ətin qiymətinin bahalaşmasına səbəb məmurların ət satışına ciddi müdaxilə etməsidir. Xeyli məmur və onlara yaxın adamlar kökəltmədə mal da yetişdirirlər. Məmurların öz təsərrüfatlarının olması üzündən onlara həm taxıl, həm də ət bazarında yüksək qiymətin qalması sərf edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG