Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:34

Qaddafi hələ də Liviyadadır


Liviyanın devrilmiş prezidenti Muammar Qaddafi hələ də öz ölkəsindədir. Bunu Qaddafi rejiminin sözçüsü Moussa Ibrahim ötən gün – sentyabrın 6-da deyib.

Elə həmin gün məlumat əldə olunub ki, Liviyanın qonşuluğundakı Nigerə içərisində Qaddafi rejiminin yüksək səlahiyyətli nümayəndələrinin, o cümlədən təhlükəsizlik xidmətinin rəhbəri Mansour Dhaonun olduğu avtomobil qatarı daxil olub.

ABŞ Nigeri çağırıb ki, əgər həqiqətən də bu liviyalılar onun ərazisindədirsə, vətəndaş zorakılığında əli olmaqda günahlandırılan bu insanları həbs etsin.

Liviyada isə keçmiş rejimin son dayaq nöqtəsi olan Bani Valid şəhərində Qaddafi tərəfdarlarının təslim olması şərtləri ilə bağlı danışıqlar davam etdirilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG