Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 00:07

Etiraz edən gəncləri polis saxlayıb


Bakıdakı Azərbaycan-Qazaxıstan futbol oyununda İranda Urmiyə gölünün qurumasına Tehranın biganə qalmasına etiraz olaraq siyasi şüarlar səsləndirən 10-a yaxın gənc saxlanılıb.

Məlumatı DAK (Dünya Azərbaycanlıları Konqresi) Gənclər Təşkilatının sədri Samir Turan AzadlıqRadiosuna verib.

Oyunun birinci hissəsi sona çatan vaxt gənclər bir neçə şüar səsləndiriblər. Elə bu zaman polis onları zorla tribunadan uzaqlaşdırıb və yaxınlıqdakı polis bölməsinə aparıb.

Futbol oyunu zamanı bu şüarlar səslənib: "Azərbaycan canımdı, Urmu gölü qanımdı", "Azərbaycan bir olsun, mərkəzi Təbriz olsun", "Azərbaycan bir olsun, istəməyən kor olsun"..

Nərimanov rayonu 17-ci Polis bölməsinin növbətçi hissəsindən AzadlıqRadiosuna bildiriblər ki, izahatları alındıqdan sonra gənclər sərbəst buraxılıblar.

Günün bütün mövzuları

XS
SM
MD
LG