Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 05:43

Azərbaycan futbolçularının qələbəsi


Azərbaycan millisi Bakıda Qazaxıstanı 3-2 hesabı ilə məğlub edib.

Birinci hissədən sonra 0-1 hesabı ilə uduzan Azərbaycan yekun nəticədə oyundan qalib ayrılıb.

Hesabı 20-ci dəqiqədə Sergey Ostapenko açıb. Daha sonra Azərbaycan millisinin oyunçusu Rauf Əliyev hesabı bərabər edib.

62-ci dəqiqədə Mahir Şükürov hesabı arırmağa nail olub. 5 dəqiqə sonra Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadov komandanın 3-cü qolunu vurub.

77-ci dəqiqədə Qazaxıstan yığması hesab arasındakı fərqi azaldıb, qolu Azərbaycan millisinin qapısından Vitali Yevstiqneyev keçirib.

Beləliklə Azərbaycan Avropa çempionatının seçmə qrup mərhələsindəki xallarının sayını 7-ə çatdırıb.

Növbəti oyunu Azərbaycan yığma komandası oktyabrın 7-də yenidən öz meydanında Avstriya millisinə qarşı keçirəcək.

OYUNDAN FOTOREPORTAJ

XS
SM
MD
LG