Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:18
İngilisdilli ölkələrin ən nüfuzlu ədəbi mükafatı olan "Man Booker"in bu ilki qısa siyahısı elan edilib. Mükafatın dəyəri 50 min funt-sterlinqdir.

Siyahıdakı 6 yazıçıdan dördü britaniyalı, ikisi isə kanadalıdır:

Julian Barnes. "The Sense of an Ending"

Carol Birch. "Jamrach's Menagerie"

Patrick deWitt. "The Sisters Brothers"

Esi Edugyan. "Half Blood Blues"

Stephen Kelman. "Pigeon English"


A. D. Miller. "Snowdrops"

Frans-press agentliynə görə, mükafatı udmağa ən şanslı namizəd britaniyalı Julian Barnes sayılır.

O artıq dördüncü dəfədir ki, qisa siyahıya düşür. Amma indiyəcən Booker-ə sahib ola bilməyib.

Onun 150 səhifəlik “The Sense of an Ending” (“Sonun yaxınlaşması hissi”) romanının qəhrəmanı Tony Webster orta yaşlı bir kişidir.

O həyatda bütün istədiklərinə nail olub. Karyerası uğurlu olub, ailə qurub, maddi problemləri yoxdur.

Amma yaşlaşdıqca onda həyatı boyu inandığı dəyərlərə şübhə yaranır. O düşünür:

“Mən elə bir həyat istəyirdim ki, məni çox incitməsin və buna nail oldum. Amma indi məyusam”.

O, roman boyu öz tələbəlik illərini xatırlayır. Və məsuliyyət, səbəb-nəticə və s anlayışlara yenidən qayıdır.

Qəhrəman həyata ölüm prizmasından baxaraq düşünür ki, “həyatın məqsədi sadəcə, bizi sonda onu itirəcəyimizin reallığı ilə barışdırmaqdır”...

Qısa siyahıya iki debütant romançının əsərləri də düşüb.

Bunlar Stephen Kelman və A. D. Miller-dir.

Kanada yazıçılarından Esi Edugyan-ın “Half Blood Blues” romanı ikinci dünya müharibəsi zamanı yoxa çıxan qaradərili caz ifaçısının hekayətini anladır.

Digər kanadalı Patrick deWitt-in “The Sisters Brothers” romanı isə Amerikanın qızılaxtaranlar dövrünün iki muzdlu qatili haqqındadır.

“Buker” mükafatı 1968-ci ildə təsis edilib.

Hər il təşkil edilən müsabiqədə Millətlər Birliyinə daxil olan 50-dən çox ölkənin (onların əksəriyyəti keçmiş Britaniya müstəmləkəsidir: Avstraliya, Kanada, Hindistan, Cənubi Afrika Respubliskası və s.) yazıçıları ingilis dilində yazdıqları nəsr əsərləriylə iştirak etmək hüququna malikdir.

Həmçinin oxu
2010-cu ilin Booker mükafatını kim qazandı?

Günün bütün mövzuları

XS
SM
MD
LG