Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:57

3 millət vəkili həbs olundu


Hindistanda “pul ver- səs verim” qalmaqalı böyüyür.

Polis korrupsiya ittihamı ilə millət vəkili Amar Sinqh-i həbs edib.

Onu 2008-ci ildə hökumətə həlledici etimad səsverməsi zamanı 3 müxalifətçi deputata rüşvət verməkdə günahlandırırlar.

Sinqh-in o zaman təmsil olunduğu Sosialist Partiyası hakim Konqres Partiyasının müttəfiqi idi və o, Bharatiya Janata Partiyasından olan müxalifətçilərin hökumətin “lehinə” səs verməsi üçün onlara rüşvət verməkdə təqsirləndirilir.

Bharatiya Janata Partiyasından olan 2 keçmiş millət vəkili də tutulub.

Qalmaqal bu ilin martında “WikiLeaks” saytının ABŞ diplomatlarının Hindistanla bağlı məxfi teleqramlarının açıqlanmasından sonra yaranıb.

Orada Konqres Partiyasının Hindistanla ABŞ arasında bağlanmış nüvə razılaşmasının parlamentdə təsdiqi ərəfəsində müxalifətçilərə rüşvət verdiyi deyilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG