Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 23:29

Salyanda internet yoxdur


Beş gündür Salyan rayonunda internetə çıxış yoxdur.

Bu haqda AzadlıqRadiosuna rayon sakini Elçin Əzizov məlumat verib. O, deyib ki, əvvəllər də rayon ərazisində internetə çıxışla bağlı problemlər olub. Son 5 gündə isə çıxış tamamilə bağlanıb:

«Beş gündür Salyanda internet yoxdur. Rabitə Nazirliyinin «qaynar xətt»inə, şəxsən nazirə iki dəfə məktubla müraciət etmişəm, faks göndərmişəm. Salyandakı «Aztelekom»a müraciət etmişik, səsimizi eşidən yoxdur».

Rabitə Nazirliyi mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirdi ki, nazirliyə bu haqda məlumat bu gün daxil olub:

««Aztelekom» İstehsalat Birliyində bu haqda məlumat var. Məsələnin araşdırılması üçün komissiya təşkil olunub. Hazırda Salyana nümayəndələr gedib. Bunun hansı səbəbdən baş verməsi araşdırılır».
XS
SM
MD
LG