Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 15:48

Yeni türkmən prezidenti öz "Ruhnamə"sini yazıb


Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun tezliklə "türkmənlərə yol göstərən" kitabı çap olunacaq.

Yeni kitabın Berdıməhəmmədovdan əvvəlki prezident Saparmurad Niyazovun eyni məramlı "Ruhnamə" kitabını əvəzləyəcəyi bildirilir.

Azadlıq Radiosunun türkmən xidməti adının çəkilməsini istəməyən yerli ziyalılara istinadla xəbər verir ki, yeni kitab ya "Türkmənnamə". ya da "Adamnamə" adlanacaq.

Bu adlardan birinin seçilməsini türkmən yazıçısı Tacgeldi Qutliyev də bu ilin mayında - dövlətin nəzarətində olan "Türkmən dili" qəzetində çap etdiyi məqaləsində təklif etmişdi.

Türkmən ruhu haqda yeni kitabın yazılması təklifi də elə Qutliyevdən gəlmişdi.

O bunu yeni prezidentin hakimiyyət dövrünün "Türkmənistan tarixində yeni era" olması ilə əsaslandırmışdı.

Rəsmi ideologiya Berdıməhəmmədovun prezidentlik dövrünü "Böyük İntibah erası" kimi təqdim edir. Bundan əvvəlki prezident Niyazovun hakimiyyət dövrü isə "Qızıl era" adlandırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG