Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:31

Orta məktəblərdə şagirdlərə şişirdilmiş qiymətlər verilir


Foto: Arxiv
Foto: Arxiv
Orta məktəblərdə 4 və 5-ci siniflərdə müəllimlər şagirdləri qiymətləndirərkən hələ də qeyri-obyektivliyə yol verir və şişirdilmiş qiymətlər yazırlar.

Bu barədə jurnalistlərə Bakı şəhər Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva deyib.

İdarə tərəfindən ötən tədris ilinin sonunda 4 və 5-ci sinif şagirdləri arasında keçirilən test yoxlamaları zamanı bu, bir daha təsdiqlənib.

N.Rzaquliyeva: «4-cü sinif şagirdləri arasında aparılan test yoxlamalarının nəticələrini 1-ci yarım illiklə müqayisə edəndə görmək olur ki, mənimsəmə 15.3, keyfiyyət isə 16 faiz aşağı düşüb».

N.Rzaquliyevanın fikrincə, test yoxlamasında «5» alanların sayının 18.83, «4» alanların sayının isə 8.25 faiz azalması müəllimlərin şişirdilmiş qiymətlər yazdıqlarını bir daha təsdiqləyir.

İdarə rəhbəri deyib ki, müəllimlər arasında aparılan yoxlamalar zamanı 5-ci sinfə dərs deyən riyaziyyat müəllimlərinin 1.5 faizi şagird üçün nəzərdə tutulan çalışmaların 50 faizinə düzgün cavab verməyib:

«Bu isə bizi ciddi düşündürür. Belə monitorinqlərimizi növbəti illərdə də davam etdirəcəyik». /Trend/

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG