Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 18:38

Torpaqları qanunsuz icarəyə verən bələdiyyə sədrləri məhkəməyə çıxarılacaq


Bu barədə məlumatı Göygöl Meşə Mühafizəsi və Bərpası müəssisəsinin direktor müavini Aslan Vəliyev verib. Bildirib ki, Göygöl və Hacıkənd meşələrinin ətrafında Meşə fonduna aid torpaqları qanunsuz şəkildə istifadə etdiklərinə görə, Yeni Zod və Zurnabad kəndlərinin bələdiyyə sədrləri məhkəməyə veriləcək. A.Vəliyevin deməsinə görə, bələdiyyə sədrləri meşə fonduna aid torpaqları, qadağan edildiyi halda otlaq kimi heyvandarlıqla məşğul olanlara icarəyə veriblər. Məhkəmə qarşısında bələdiyyələrin meşə fonduna vurduqları ziyanla bağlı iddia qaldırılacaq.
XS
SM
MD
LG