Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 18:10

Astarada 100-dən çox ev su altında qalıb


Sentyabrın 5-dən 6-a keçən gecədən başlayaraq yağan güclü yağışlar nəticəsində Astara rayonunun Təngərüd kəndində 100-dən çox fərdi yaşayış evi sel suları altında qalıb.

Yerli sakinlərə məxsus ev heyvanları tələf olub, ərzaq və yeyinti məhsulları korlanıb.

Kənd orta məktəbinin isə daş hasarı uçub.

Sel suları Ələt-Astara magistralının Təngərüd kəndi ərazisindən keçən hissəsini basdığından avtomobillərinin hərəkətində məhdudiyyətlər yaranıb.

Yağışlar kəndin əkin sahələrinə də ziyan vurub. /apa/

Günün bütün mövzuları

XS
SM
MD
LG