Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 12:13

Bakıda zavodda partlayış olub


Bakıda yerləşən zavodda partlayış olub. APA-nın məlumatına görə, hadisə bu gün səhər saat 06.30 radələrində Bakı Poladtökmə Zavodunda qeydə alınıb.

Zavoddakı qurğulardan birində baş verən partlayış nəticəsində 5 nəfər xəsarət alıb.

Təcilli Tibbi Yardım Stansiyasından bildirilib ki, hadisə zamanı 3 nəfər xəsarətlə 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq mərkəzinə yerləşdirilib.

Yanıq mərkəzindən verilən məlumata görə, zavodda baş verən partlayış nəticəsində xəsarət alanlar – 43 yaşlı Qiyaməddin Ağalarov və 51 yaşlı Lətif Abbasovun vəziyyəti ağırdır. Digər yaralıya isə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG