Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 04:30

Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları Dəməşqdəki həbsxanada olub


Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları bazar ertəsi Dəməşqdəki mərkəzi həbsxanaya baş çəkiblər.

Bu barədə təşkilatın rəhbəri Yakob Kellenberger Suriyaya iki günlük səfərinin yekunuyla bağlı keçirdiyi mətbuat konfransında məlumat verir.

O Suriya hakimiyyətinin beynəlxalq humanitar təşkilatların məhbuslarla görüşünə icazə verdiyini və gələcəkdə bunun davam edəcəyinə ümidlə yanaşdığını qeyd edib.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu nüddət ərzində 2000-dən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG