Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:29

Suriya ordusu ölkənin bir neçə şəhərində reydlər keçirir


Suriyanın təhlükəsizlik qüvvələri bazar ertəsi Türkiyə sərhəddinin yaxınlığında yerləşən bir neçı şəhərdə reydlər keçiriblər.

Yerli hüquq müdafiəçiləri bir neçə adamın öldürüldüyünü xəbər verirlər.

Sakinlərin sözlərinə görə hərbçilər qonşu Türkiyəyə kütləvi axının qarşısını almağa çalışırlar.

Həmçinin hüquq müdafiəçiləri bu gün Homs və Hama şəhərlərinə yenidən ordu yeridildiyini deyirlər.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin rəhbəri Yakob Kellenberger isə Dəməşqdə Suriya rəhbərliyiylə danışıqlar aparır.

O təşkilatın əməkdaşlarının yaralılarla görüşməsinə imkan yaradılmasına çalışır.

Martın ortalarından bu yana Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi nümayişlər keçirilir.

BMT bu nüddət ərzində 2000-dən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG