Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:04

«Azadlıq» meydanında yeraltı avtodayanacaq inşa olunur


Foto: Arxiv
Foto: Arxiv
Bakı şəhərinin «Azadlıq» meydanında yeraltı avtomobil dayanacağının tikintisinə başlanılıb.

İki mərtəbədən ibarət olacaq dayanacağın hər mərtəbəsində 1 300 olmaqla ümumilikdə 2 600 nəqliyyat vasitəsi yerləşəcək. Hər mərtəbənin sahəsi 32.5 min kv. metr, dayanacağın ümumi sahəsi isə 65 min kv. metr təşkil edəcək.

Dayanacağa giriş-çıxış üçün 2 avtomobil və 2 piyada keçidləri tikiləcək ki, keçidlər Hökumət Evinin hər iki tərəfindən və Azadlıq prospektinə çıxacaq.

«Azadlıq» meydanı ətrafında yeni metro stansiyasının tikintisi də nəzərdə tutulub.

Bakı Metropoliteninin rəisinin müavini Arif Rəsulov «APA»ya deyib ki, «Azadlıq» meydanında tikilən dayanacaq yeni stansiyaya heç bir maneçilik törətməyəcək:

«Yeni metro stansiyası «Azadlıq» meydanından bir qədər kənarda – Dəniz Limanına yaxın bir yerdə inşa olunacaq və yeraltı avtomobil dayanacağının tikintisi stansiyanın inşasına heç bir maneə törətməyəcək».

Yeni metro stansiyasının 2016-cı ildə istifadəyə verilməsi planlaşdırılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG