Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:19

İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib


Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 5-də Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefortun (Philip Lefort) başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Aİ ilə region ölkələri arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayan prezident əməkdaşlığın bundan sonra daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.

F.Lefort Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eştonun (Catherine Ashton) Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığın genişləndirilməsinə böyük maraq göstərdiyini deyib.

Görüşdə Azərbaycan ilə Aİ arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişafı, xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb. /AzərTAc/
XS
SM
MD
LG