Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:26

Həcc ziyarəti 700 dollar bahasına satılır


Qırğızıstan baş müftisi Çubak Cəlilov

Qırğızıstan baş müftisi Çubak Cəlilov

Qırğızıstan ombudsmanı Baş müftinin işini araşdıracaq


Qırğızıstanın Baş müftisini Məkkə ziyarəti üçün artıq pul tələb etməkdə ittiham edirlər. Hətta onun işlərinin təftiş olunmasını tələb edənlər də var.

“Cəmiyyətdə təmiz din uğrunda” təşkilatının həmtəsisçisi Yusuf Sultanov deyir ki, müftinin idarəsi Məkkəyə getmək istəyənlərdən 2 600 dollar tələb edir. Sultanov isə iddia edir ki, bu, lazım olan məbləğdən 700 dollar artıqdır:

“Mən özüm əvvəllər ziyarətin təşkili ilə məşğul olmuşam və qiymətləri bilirəm”.
Sultanov baş müftini istefaya getməyə çağırıb.

Baş müfti Çubak Cəlilov isə barəsində deyilənlərlə razı deyil. Onun sözlərinə görə, ziyarətin təşkili ilə əlaqədar iki aviaşirkətlə danışıqlar gedir. Lakin hansı şirkətin seçilməsindən asılı olmayaraq, yalnız avia biletlərin qiyməti 1500 dollar təşkil edəcək.

Bundan əlavə, siyasi xadim Edil Baysalov mətbuata açıqlamasında deyib ki, baş müfti ölkəni geriyə, orta əsrlərə dartıb aparır. Ombudsman Tersanbek Akun isə onun fəaliyyətini araşdırmaq üçün komissiya təşkil edəcəyini bildirib.

Barəsindəki ittihamları qəbul etməyən Çubak Cəlilov bu şəxsləri məhkəməyə verməyi planlaşdırır:

“Məni bütün günahlarda ittiham edirlər. Mənim fəaliyyətinmi araşdırmaq üçün komissiya yaratmağa ixtiyarı çatmır. Qırğızıstan Konstitusiyasına görə, din dövlətdən ayrıdır”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG