Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:08

Liviyanın Ben Valid şəhəri təslim olmaq istəmir


Liviyanın hazırkı rəhbərliyi bildirib ki, Muammar Qaddafi tərəfdarları ilə danışıqlar kəsilib. Milli Keçid Şurası deyir ki, Bani Valid şəhərindəki tayfa liderləri ilə danışıqlar başa çatıb. Danışıqlarda şəhərin təslim olmasından söhbət gedirdi.

Milli Keçid Şurasının vasitəçisi Abdullah Kanshil sentyabrın 4-də Bani Valid yaxınlığında jurnalistlərə bildirib:
- Bu dəqiqə mənim heç bir təklifim yoxdur. Ümid edirəm ki, Bani Validdəki Qaddafi tərəfdarları tezliklə oranı tərk edəcəklər.

Müxbirin "deməli, danışıqlar artıq kəsilib?" sualına Kanshi belə cavab verib:

- Mən tərəfdən bəli.

Məlumatlara görə, Milli Keçid Şurası güman edir ki, Qaddafi rejiminin bir çox məmurları Bani Validdə sığınacaq tapa bilərlər.

Ben-Valid paytaxt Tripolidən 70 kilometr uzaqlıqda yerləşir.
XS
SM
MD
LG