Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:43

Hüsnü Mübarəkin müdafiəsinə Küveytli vəkillər də qoşulur


Misirin keçmiş prezidenti Hüsnü Mübarəkin məhkəməsi bu gün yenidən başlamalıdır.
O, korrupsiya və etiraz aksiyaları zamanı iştirakçılara atəş açmaq əmri verməkdə ittiham olunur.

Bu, Mübarəkin məhkəməsundə üçünçü proses olacaq.

Misiri 30 il idarə edən Hüsnü Mübarək özünü təqsirli bilməyib.

Məlumatlara görə, hakimin bu sessiyanın canlı yayımlanmaması qərarını verəcəyi gözlənir. Bundan əvvəlki sessiyalar canlı yayımlanıb.

Mübarək məhkəməyə xəstəxanadan çarpayıda gətirilmişdi və o, proses boyu suallara elə yataqdan cavab verirdi.
Mübarəkin müdafiəsinə dəstək olmaq üçün Küveytdən 10 vəkil Qahirəyə gəlib.

Vəkillər deyirlər ki, 1990-cı ildə İraq Küveyti işğal edəndən sonra Mübarəkin göstərdiyi dəstəyə hörmət əlaməti olaraq onlar bu gün onu məhkəmədə müdafiə etmək qərarına gəliblər.

Mohamed Nasser El-Agmy vəkillər qrupuna qoşulmasını belə izah edir:

- Biz şəxsi səbəblərə görə eks-prezident Mohamed Hosni Mubarakin müdafiəsindəyik. Onun 1990-cı ildə Küveytin işğalı zamanı tutduğu vicdanlı mövqeni heç bir küveytli unuda bilməzdi. Bu, ümumilikdə Misirin mövqeyi idi.

Məhkəmədə Mübarəkin iki oğlu və Mübarək hakimiyyətində yüksək vəzifə tutan məmurlar da ittiham olunurlar.

Günün bütün mövzuları

XS
SM
MD
LG