Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 02:54

İsrail Türkiyədən üzr istəməyəcəyini deyir


İsrailin baş naziri Benyamin Netanyahu bildirib ki, onun ölkəsi ötən il Qəzzaya yük aparan gəmi saxlanarkən 9 türkün ölümünə görə üzr istəməməlidir.

Netanyahu bu gün nazirlər kabinetinin iclasında ilk dəfə açıq şəkildə bildirib ki, İsrail öz vətəndaşlarını, öz uşaqları və cəmiyyətini qoruyub.

O, insidentdən təəssüf bildirib və Türkiyə ilə münasibətlərin düzələ bilməsinə ümidlə yanaşdığını qeyd edib.

Bu insidentə görə İsrailin ondan üzr istəməsini tələb edən Türkiyə, İsrail səfirini ölkədən çıxarıb və İsraillə hərbi əməkdaşlığı dayandırıb.

BMT-nin baş katibi Ban Ki Moon hər iki ölkəni münasibətləri yoluna qoymağa çağırıb və bu iki ölkə arasındakı münasibətlərin Yaxın Şərq sülh prosesinin həllində mühüm rol oynadığını deyib.

Qəzzanın blokadasını qanunsuz sayan Türkiyə məsələni Haaqa məhkəməsinə çıxarmağa hazırlaşır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG