Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:19

“Təbrizdə sakitlikdir”


“Hazırda Təbrizdə sakitlikdir, heç bir etiraz aksiyası keçirilmir”.

Bunu adının şərti olaraq Mahmud Əlizadə adlandırılmasını istəyən İranın Təbriz şəhərinin sakini AzadlıqRadiosuna müsahibəsində bildirib. Onun sözlərinə görə, sentyabrın 3-də Təbrizdə və Urmiyada keçirilən aksiya zamanı xəsarət alanlar və həbs olunanlar var.

Mahmud Əlizadə deyir ki, xəsarət alanlar arasında qadınlar da var. O, aksiya zamanı motosikletlərin etirazçılara qarşı sürüldüyünü və iki güllə atıldığını deyir. Müsahibimiz polisin etirazçılara qarşı dəyənəklərdən istifadə etdiyini söyləyir.
Təbrizli sakinin dediyinə görə, xəsarət alanların əksəriyyəti xəstəxanalara getməkdən imtina edib, “çünki bu halda polis tərəfindən həbs olunmaq təhlükəsi var”.

Nə qədər adamın həbs olunduğu barədə isə hələlik dəqiq məlumat yoxdur, - deyən Mahmud Əlizadənin sözlərinə görə, onun qardaşı da ötən həftə Urmiya gölünün qurumasına etiraz olaraq keçirilən aksiyada həbs olunub:

“Bizdən qardaşımın azadlığı müqabilində girov üçün 20 min dollar istəyirlər. Sənədləri düzəldib aparırıq, sonra da deyirlər ki, yox, biz girov tələb etməmişik, qardaşımla əlaqəmiz var, hələlik ona qarşı rəsmi ittiham irəli sürülməyib”.

Sentyabrın 3-də İranın Urmiya və Təbriz şəhərlərində Urmiya gölünün quruması və və hakimiyyətin buna laqeyd yanaşmasına qarşı etiraz aksiyası keçirilib. Aksiyada minlərlə adam iştirak edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG