Keçid linkləri

2017, 17 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 15:15
Ötən gün İranın Təbriz şəhərində Urmiya gölünün quruması və hakimiyyətin buna laqeyid yanaşmasına etiraz olaraq kütləvi etiraz aksiyası keçirilib.

Urmiya dünyanın ən böyük duzlu göllərindən biri hesab olunur.

Şahidlər və çəkilmiş görüntülərə əsasən, təhlükəsizlik qüvvələri aksiyanı dağıtmaq üçün rezin güllələr və gözyaşardıcı qazdan istifadə edib.

Onlarla adamın yaralandığı qadın və uşaqlar da daxil olmaqla xeyli adamın saxlandığı bildirilir.

Aksiya zamanı “Azərbaycan canımdır, Urmu gölü qanımdır!” kimi şuarlar səsləndirilib.
XS
SM
MD
LG