Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:54

Hindistan neftə görə İrana olan borcunu ödəyib


Hindistanın neftayırma zavodları neftə görə İrana olan bütün bprclarını ödəyiblər.

Söhbət 5 milyard dollardan gedir.

Bu barədə rəsmi İRNA agentliyi İran mərkəzi bankının rəhbəri Mahmud Bahmaniə istinadla xəbər verir.

Bu borclar İrana qarşı tətbiq edilmiş beynəlxalq sanksiyalara görə ötən ilin dekabrından yığılıb.

Hindistan hökumətinin məlumatına görə zavodlar bu borcu Türkiyə banklarından birinin vəsaitilə avroyla ödəyiblər.

Hindistan Çindən sonra İrandan ən çox neft alan ölkədir.

İran milli neft şirkətinin nümayəndəsi bildirib ki, İran Hindistana neft ixracını dayandırmaq fikrində deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG