Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:56

Liviya üsyançıları hücuma hazırlaşır


Liviya üsyançıları Qaddafi qüvvələrinin son dayaq məntəqələrindən biri hesab olunan Bani-Valid şəhərinə hücuma hazırlaşırlar.

Üsyançıların komandiri Muhammed al Fassi Qaddafi qüvvələriylə danışıqların baş tutmadığını deyir.

Qaddafinin nümayəndəsi Mussa İbrahim Reuters agentliyinə müsahibəsində deyib ki, bu rayonda əsasən Qaddafiyə sadiq Varfalla tayfası yaşadığından o şəhərin təslim olacağına inanmır.

Üsyançılar həmçinin Qaddafinin doğma şəhəri Sirti mühasirəyə alırlar.
XS
SM
MD
LG