Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:31

Emin və Adnanın işi Avropa Məhkəməsində davam edə bilər


Avropa insan haqları məhkəməsi

Avropa insan haqları məhkəməsi

Bu ay Avropa insan haqları məhkəməsində gənc bloggerlər Emin Milli və Adnan Hacızadənin Azərbaycan hakimiyyətindən şikayətinə baxılacaq.

Gənc bloggerlər 2009-cu ilin iyulundan 2010-cu ilin noyabrınadək həbsdə saxlanmalırını qanunsuz sayır və bunun insan haqlarıyla bağlı Avropa Konvensiyasının 3,5,6,8 və 10-cu maddəələrinə zidd olduğunu deyirlər.

Adnan Hacızadə və Emin Milli 2009-cu il iyulun 8-də Bakının «Livan» restoranında baş verən insidentdə görə həbs olunmuşdular.

Onlar həmin insidentdən dərhal sonra polisə gedərək hücuma məruz qaldıqlarını bildirsələr də, 2 gündən sonra özlərinə xarşı xüliqanlıqla bağlı ittiham irəli sürülmüş,
sonra isə qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə 2 il və 2 il 6 ay azadlıqdan məhrum edilmişdilər.

Hər iki gənc cəzalarının yarısını çəkdiklərinə görə, 2010-cu ildə şərti azadlığa buraxılsalar da hökmün üzərlərindən götürülməsini tələb edirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG