Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 18:52

Türkiyə İsraili Haaqa məhkəməsinə verir


Türkiyə İsrailin Qəzzə bölməsini blokadaya almasını qanunsuz sayır və məsələni Haaqa məhkəməsinə çıxarmaq fikrindədir.

Bunu Türkiyənin xariciişlər naziri Ahmet Davutoğlu yerli televiziyaya müsahibəsində deyib.

BMT-nin baş katibi Ban Kİ Moon bundan bir neçə saat əvvəl Türkiyə ilə İsraili münasibətləri yoluna qoymağa çağırıb və bu iki ölkə arasındakı münasibətlərin Taxın
Şərq sülh prosesində mühümm rol oynadığını bildirib.

Türkiyə cümə günü İsrailin Ankaradakı səfirini ölkədən çıxarıb və İsraillə hərbi əməkdaşlığı dayandırıb.

Buna səbəb İsrailin ötən il Qəzzə sahilində 9 fələstinpərəst türkün ölümünə görə üzr istəməməsidir.

Türkiyəli fəallar ötən ilin mayında Qəzəyə hümanitar yük aparan gəmi saxlanarkən öldürülüb.

İsrail insidentdən təəssüflənsə də rəsmi şəkildə Türkiyədən üzr istəməyib.

BMT-nin xüsusi komissiyası İsrailin bu insident zmanı həddən artıq güc tətbiq etdiyini bildirsə də Qəzzənin blokadaya alınmasını qanuni sayıb.
XS
SM
MD
LG