Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:55

Talibançılar 30 uşağı oğurlayıb


Əfqanıstan-Pakistan sərhəddində fəaliyyət göstərən talibançılar 3 gün bundan əvvəl 30 oğlan uşağını oğurlayıblar.

Associated Press agentliyi yaraqlılara istinadla xəbər verir ki, uşaqlar onların mənsub olduğu qəbilənin talibançılarla əməkdaşlıq etməməsinə görə oğurlanıb.

Talibançıların nümayəndəsi bildirib ki, rəhbərlik uşaqların azad olunmasının şərtlərini bəyan edəcək.

İnsident cümə axşamı Əfqanıstanın Kunar əyalətində baş verib.
XS
SM
MD
LG