Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:12

Ukrayna "Naftaqaz"ın "Qazprom"la birləşməsini nəzərdən keçirmir


Ukrayna prezidenti Viktor Yanukoviç qazla bağlı Rusiyayla danışıqlarda istənilən təzyiqin təhqiramiz olduğunu bildirib.

O bunu Düşənbədə jurnalistlərə açıqlamasında deyib.

Yanukoviç qeyd edib ki, Kiyev Rusiyadan uçuz qaz almaq naminə “Naftaqaz” şirkətinin Rusiyanın “Qazprom” şirkətilə birləşməsini nəzərdən keçirmir.

Amma prezident 2009-cu ildə Rusiya ilə imzalanmış müqaviləyə yenidən baxılmasıyla bağlı danışıqların davam etdiriləcəyinə ümidlə yanaşdığını bildirib.

Ukraynanın baş naziri Nikolay Azarov bu günlərdə bildirib ki, dövlət şirkəti olan “Naftaqaz”-ın ləğv edilməsi planlaşdırılır.

O Rusiyayla Ukrayna arasında imzalanmış qaz müqaviləsinin Ukrayna qanunlarına zidd olduğunu bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG