Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 16:05

Prezident qızının toyu, Təzəxan Mirələmlinin məhkəməsi və Heydər Əliyevin qayıdışı


Mətbuat icmalı

Mətbuat icmalı

«TƏZƏXAN MİRƏLƏMLİYƏ QARŞI NÖVBƏTİ SİFARİŞLİ QƏRAR»

«Azadlıq» qəzeti yazır ki, sentyabrın 2-də Cəlilabad rayon Məhkəməsində AXCP üzvü Təzəxan Mirələmlinin iddiasına baxılıb. Onun iddiası təmin edilməyib.

T.Mirələmli deyib ki, məhkəmədə onun işdən qərəzli şəkildə qovulmasını təsdiqləyən heç bir sübut nəzərə alınmayıb:

«Proses sentyabrın 1-də başlamışdı. Prosesin ortasında məhkəmənin sədri zala daxil olaraq hakimə nəsə dedi. Bundan sonra proses təxirə salındı və bildirildi ki, qərar sentyabrın 2-də elan olunacaq».

AXCP Cəlilabad şöbəsinin sədri Təzəxan Mirələmli Fərzili kəndində riyaziyyat müəllimi işləyib. Bu ilin yazında İctimai Palatanın mitinqlərindən birində xəsarət alıb və Bakıda müalicə olunub. Bu üzdən işə çıxa bilməyib. Bundan sonra işdən çıxarılıb.

SENTYABRIN 3-Ü İLHAM ƏLİYEVİN KİÇİK QIZI ARZU ƏLİYEVANIN TOYUDUR

«Yeni Müsavat» qəzeti yazır ki, toy Zuğulba qəsəbəsində açıq havada baş tutacaq.

Arzu Əliyevanın əslən azərbaycanlı olan, Rusiyanın tanınmış iş adamı Səməd Qurbanovla ailə qurduğu bildirilir.

«TARİXİ GEDİŞATIN DÖNÜŞ NÖQTƏSİ VƏ MÜASİR DÖVR»

«Azərbaycan» qəzeti: 20 il öncə - 3 sentyabr 1991-ci ildə Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri seçilib.

Qəzet Heydər Əliyevin sədr seçilmək istəmədiyini və buna dörd dəfə etiraz etdiyini yazır. Həmin çıxışlardan biri:

«Heç bir hakimiyyətə mən gəlmək istəmirəm. Blok təklif eləyib ki, Qafar Məmmədov seçilsin. Mən də təklif edirəm ki, o, seçilsin».

Başqa çıxışdan sitat:

«Xahiş edirəm, məni düzgün başa düşəsiniz. Və bilin ki, bu mənim tərəfimdən qətiyyətlə deyilən sözdür. Mən necə bir azərbaycanlı kimi, necə bir Naxçıvan əhli kimi çiynimə avtomat salıb, bax, bu dağlarda gedib, Naxçıvan torpağını qorumağa hazıram. Naxçıvan Ali Məclisinin hər bir tapşırığını yerinə yetirməyə hazıram. Azərbaycan xalqının yolunda, onun azadlığı yolunda, Naxçıvanın inkişafı yolunda canımı qurban verməyə hazıram. Ancaq mən vəzifə tutmaq istəmirəm».

«Yeni Azərbaycan» qəzeti yazır: «KORRUPSİYAYA QARŞI MÜBARİZƏ CİDDİ NƏTİCƏLƏR VERMƏKDƏDİR».

«Fəaliyyətində ciddi nöqsanlara yol verən bələdiyyə, polis, təhsil, səhiyyə, hərbi komissarlıqların işçilərinə qarşı görülən tədbirlər ölkəmizdə korrupsiyaya qarşı mübarizənin hərtərəfli xarakter daşıdığını göstərir».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG